Xəbər lenti

Rusiya ilə Kürdlər arasında saziş
Dünya17:40 19.10.2017

Rusiya ilə Kürdlər arasında saziş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın neft şirkəti ilə İraq Kürdlərinin ərazi idarəsinin Şimali İraqdakı 5 bloqda neft axtarışları ilə bağlı danışıqlara başladığı bildirilib.

“Qaynarinfo” xəbər verir ki, Rosneftdən verilən açıqlamada razılaşmaya əsasən sözügedən 5 bloq kəşf olunacağı təqdirdə istehsalatın 2021-ci ildə başlaya biləcəyi bildirilib. Rosneftin razılaşma əsasında birliyə 400 milyon dollarlıq ödəmə edəcəyinin qeyd edildiyi açıqlamada bloqların kəşfi zamanında çıxarılacaq neft ilə 200 milyon dollarlıq gəlir əldə olunacağı da əlavə olunub.
Razılaşmada işlərin 2018-ci ildən başlanacağının planlaşdırıldığı və 5 bloqda 670 milyon barellik neft olduğu söylənib.
Nərmin Həsənli
Qaynarinfo.Az