Xəbər lenti

Rusiya İranın Xəzərdəki dəniz donanmasının artırılmasına icazə vermir
Dünya10:19 23.07.2022

Rusiya İranın Xəzərdəki dəniz donanmasının artırılmasına icazə vermir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran Nəqliyyat Müəssisələri Mərkəzinin İdarə Heyətinin üzvü olan Dr.Danişmənd bildirib ki, Rusiya Xəzər dənizində Iranın ticari dəniz donanmasının artırılmasına icazə vermir.
Qaynarinfo bu barədə "Baharnews"-a istinadən xəbər verir. 
Danişməndin sözlərinə görə, İran donanmasına aid gəmilər Xəzərə Qara dənizdən daxil olmaqa Volqa çayını keçməlidir, nəzərə alsaq ki, bu çaya nəzarət praktiki olaraq Rusiyanın əlindədir, bu ölkə indiyədək İran ticarət gəmiləri bu marşrutdan keçməyə şərayit yaradmayıb. Xəzər dənizi marşrutu ilə yükdaşıma tariflərini rusların müəyyən etdiyini vurğulayan Danişmənd bildirib:”Xəzərdə daşımaların qiymətlərinin müəyyən edilməsi rusların əlindədir, çünki regionda fəaliyyət göstərən gəmilərin əksəriyyəti ruslara məxsusdur , qiymətləri, məsrəfləri və gediş-gəliş vaxtlarını təxmin edərək, məsələn, 45 dolların sayını açıqlayırlar. Halbuki bu marşrut üzrə hər ton malın daşınmasının faktiki qiyməti 17 dollardan çox deyil və bizim etiraz etmək imkanımız yoxdur, çünki qiyməti Rusiya müəyyən edir”.
Danişmənd qeyd edib ki, Türkiyə və Yunanıstan kimi Aralıq dənizi ətrafında olan ölkələrdən bir neçə gəmi alıb Xəzərə girmək üçün, ruslardan icazə alınmalııdr:”Digər tərəfdən, qeyd etməliyik ki, İranın Xəzərdə donanmasının artması Rusiyanın gəlirlərinə mənfi təsir edir. Moskvanın müvafiq vədlərəinə baxmayaraq, Rusiya heç vaxt İrana belə bir imkan verməyib. 
M.Arif