"Rusiyanın bu mövzuda hansısa planının olduğunu və real olaraq hansısa plan hazırladığını düşünmürəm. Belə plan olsa da, bu yalnız Moskvanın İrəvanı yenidən öz meydançasına tərəf çəkməyə çalışmasından ibarət ola bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq İlqar Vəlizadə Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın Moskvanın Azərbaycanla Ermənistanı kompromis həll yolları axtarmağa çağırması və bu fonda yardım göstərməyə hazır olduğu barədə səsləndirdiyi fikirlərə aydınlıq gətirərkən deyib.
"Reallıqda başqa hadisələr baş verir. Moskvanın İrəvanla münasibətlərində ciddi problem və fikir ayrılıqları var. Rusiya Ermənistana təzyiq və təsir edəcək ki, İravan Moskvanın vasitəçiliyilə aparılan danışıqlara daha loyal yanaşsın. Bütün hallarda Rusiyaya tərəfləri bir araya gətirə bildiyi barədə görüntü formalaşdırmaq lazımdır. Erməistan Rusiyanın vasitəçiliyilə danışıqlardan imtina edir. Bu baxımdan, Rusiyanın tərəfləri kompromisə gətirmək üçün planı olsa da, burada söhbət Moskvanın yenidən İrəvanı Rusiya meydançasına çəkməkdən gedə bilər. Amma real olaraq hansısa köklü dəyişikliklərədn söhbət getmir”.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə Moskvanın İrəvan-Bakı münasibətlərində yaranan mənfi tendensiyadan narahat olduğunu söyləyib. O bildirib ki, qarşılıqlı ittiham regionda gərginliyin artması ilə müşayiət olunur: "Rusiya tərəfləri kompromis həll yolları axtarmağa çağırır və bunun üçün yardım göstərməyə hazırdır".
Rüfət Sultan