"Rusiya Federasiyasının işğalçı qoşunları hücumun sürətini aşağı salıb və Ukraynada həm texnika, həm də canlı qüvvə itkiləri verməkdə davam edir”.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının səhər saat 06:00-a olan operativ məlumatında deyilir.
"Rusiya işğalçıları hücumun sürətini azaldıblar, lakin onlar hələ də Ukraynaya qarşı hücum əməliyyatında müəyyən sahələrdə uğurlarını artırmağa çalışırlar”, - məlumatda bildirilir.
Belə ki, hava hücumu əməliyyatı zamanı düşmən hərbi və mülki aerodromları, komanda idarəetmə məntəqələrini (qüvvələrini), hava hücumundan müdafiə sisteminin obyektlərini, mühüm infrastruktur obyektlərini, müdafiə zonalarında yerləşən yaşayış məntəqələri və bölmələri atəşə məruz qoymaqda davam edib.
"Beynəlxalq humanitar hüquq normalarını pozaraq, işğalçılar xaincəsinə Jitomir və Çerniqov şəhərlərində yaşayış binalarına raket hücumu həyata keçiriblər", - məlumatda deyilir.
Bununla belə, rus işğalçılarının hərbi əməliyyat məqsədinə çatmaq üçün bütün cəhdləri iflasa uğrayıb.
"Batalyon-taktiki qrupların hücumlarını hətta ucqarlarda da uğurla dəf etmək, düşməni hücumu dayandırmağa məcbur etmək mümkündür”, - məlumatda bildirilir.
Bu günə olan məlumata görə, Ukrayna briqadalarından yalnız biri düşmənin 5-dən çox texnikası və canlı qüvvəsini artilleriya atəşi ilə məhv edib.
"Düşmən ruhdan düşüb və böyük itkilər verir. Tez-tez fərarilik və itaətsizlik halları olur. Düşmən anladı ki, təbliğat və reallıq fərqlidir. İşğalçılar bizdən qorxurlar", - yekunda deyilir.
Ukrayna müdafiəçiləri sabit müdafiəni davam etdirirlər.
Alpər