Rusiya hüquq-mühafizə orqanları Kurqan şəhərinin rəhbəri Yelena Sitnikovanı saxlayıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə ura.ru nəşri mənbələrə istinadən məlumat yayıb.
"İstintaq Komitəsinin əməkdaşları şəhər rəhbəri Yelena Sitnikovanı ifadə vermək üçün saxlayıblar", deyə mənbələr nəşrə bildiriblər.
Yelena Sitnikovanın Rusiya İstintaq Komitəsinin Moskva şöbəsinin nümayəndələri tərəfindən saxlanıldığı iddia edilir.
"Region 45" nəşrinin məlumatına Yelena Sitnikova yanğınlarla bağlı cinayət işi üzrə saxlanılıb. "Müstəntiqlər şəhər administrasiyasına gəlib və Yelena Sitnikova aparılıb", deyə nəşrin mənbəsi bildirib.
Bu məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.
Qeyd edək ki, Yelena Sitnikova 1997-2018-ci illərdə Kurqan administrasiyasında müxtəlif vəzifələrdə, sonra şəhər rəhbərinin və Kurqan Şəhər Dumasının ofisində çalışıb. 2018-ci ildə Ketovski rayonu rəhbərinin sosial siyasət üzrə birinci müavini, 2021-ci ildə isə Kurqanın rəhbəri olub.
Aydın