Türkiyə ilə yaxın əlaqələri ilə tanınan Rüstəm Umerov Ukraynanın yeni müdafiə naziri olub.
Qaynarinfo xəbər verir ki, bu barədə RBC
yazıb.
Umerov etnik Krım tatarıdır və müsəlmandır. O, Rusiya-Ukrayna danışıqlarında Ukrayna nümayəndə heyətinin tərkibində olub və Türkiyə ilə yaxın əlaqələrə, o cümlədən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla birbaşa əlaqəyə malikdir, - sayt yazır.
MK qəzeti Umerovun təyinatında "türk izi” tapıb. Mətbuatın yazdığına görə, o, Mixail Saakaşvili və Viktor Yuşşenkonun da daxil olduğu "Gələcək Liderlərin Mübadilə Proqramı” çərçivəsində ABŞ-da təhsil alıb. Qəzetin yazdığına görə, Umerov Ərdoğan ailəsinə yaxın olduğu güman edilən Türkiyənin Turkcell şirkətinə məxsus Ukraynanın Lifecell şirkətində yüksək vəzifələrdə çalışıb. Onu da oliqarx Rinat Axmetov idarə edib.
Alpər