Kiyev yaxınlığında "Adonis” özəl doğum evinin binası düşmən atəşinə tutulub.
Qaynarinfo xəbər verir ki, bu barədə şəbəkənin baş direktoru Vitali Qirin Facebook-da məlumat yayıb.
"Dostlar, hamı soruşur ki, doğum evində nə baş verir. Dəstəyinizə görə təşəkkür edirəm. Doğum evinə mərmi düşüb, ziyan böyükdür, amma bina uçmayıb. Hamı evakuasiya olunub. Mən və ailəm də salamatıq!” – o yazıb.
Qirin Ukraynanın qələbəsinin qaçılmaz olduğuna inandığını bildirib.
Alpər