Xəbər lenti

Rusiya MN Kadırovun xüsusi təyinatlı alayı ilə ilk müqaviləni imzaladı
Dünya08:30 12.06.2023

Rusiya MN Kadırovun xüsusi təyinatlı alayı ilə ilk müqaviləni imzaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Müdafiə Nazirliyi və "Axmat” xüsusi təyinatlı dəstəsi müharibə zonasında könüllü birləşmələrin fəaliyyətini müəyyən edən ilk müqavilə imzalayıblar. 
Qaynarinfo xəbər verir ki, bu barədə idarənin Telegram kanalında məlumat verilib.
İmzalanma müdafiə naziri Sergey Şoyqunun könüllü birləşmələrin xidmətinin təşkili ilə bağlı əmrindən sonra baş tutub.
Müdafiə Nazirliyi aydınlaşdırıb ki, müqaviləni Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-polkovnik Aleksey Kim və Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin direktoru Adam Daşayev imzalayıb.
Kimin sözlərinə görə, bu gün bir çox bölmələr, könüllü dəstələr və digər hərbi birləşmələr bölmələrlə birlikdə xüsusi əməliyyat zonasında iştirak edir. Onların effektivliyini artırmaq üçün bütün könüllü dəstələrin xidməti fəaliyyətinin qaydasını müəyyən edən bu əmr verilib.
Bundan əvvəl Ramzan Kadırov Çeçenistanda Müdafiə Nazirliyinin iki yeni "Axmat-Rusiya” və "Axmat-Çeçenistan” alayı yaradıldığını və onlar yaxın vaxtlarda Ukraynada xüsusi hərbi əməliyyat zonasına gedəcəklərini bildirib. Respublika başçısı həmçinin bildirib ki, hazırda 78-ci motoatıcı "Şimal-Axmat” motoatıcı alayı Marinski istiqamətində döyüş əməliyyatlarında iştirak edir.
Alpər