
Ukrayna Baş prokurorluğu Rusiyanın müdafiə naziri Sergey Şoyqunu və daha bir neçə yüksək çinli məmuru axtarışa verib.
Qaynarinfo.Az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın "112 Ukrayna" telekanalı Baş prokuror Yuri Lusenkoya istinadən məlumat yayıb:
"Bütün şübhəlilər axtarışa veriliblər, onların həbs olunub məhkəməyə çıxarılması üçün hazlırlıq gedir".Lusenko deyib ki, onlar dövlətə xəyanət, terrorist qruplaşmalarının yaradılması, müharibə təbliğatı, həmçinin aqressiv müharibə təşkili və aparılmasına görə ittiham edilirlər.
Qızılgül
Qaynarinfo.Az