Rusiyanın İqtisadi İnkişaf Nazirliyi 2016-cı il üçün yenidən baxılmış makroproqnozlarda bir barel neftin qiymətini 40 dollar, 2017-ci il üçün isə 45 dollar səviyyəsində göstərəcək.
Bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.
Nazirlik yenidən baxılmış proqnozu Rusiya hökumətinə aprel ayında təqdim edəcək.
Qeyd edək ki, 2015-ci ilin sonunda təsdiq edilmiş cari makroproqnozlarda 2016-cı il üçün neftin qiyməti 50 dollar, 2017-ci il üçün isə 52 dollar göstərilib. (trend)
Qaynar.info