Xəbər lenti

Rusiya neftinin qiyməti 40 dollardan aşağı düşdü
Dünya14:54 09.01.2023

Rusiya neftinin qiyməti 40 dollardan aşağı düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dekabr ayından Avropa embarqosu altında olan Rusiya neft bazarı 2023-cü ili yeni qiymət enişi ilə qarşılayıb. İxracın demək olar ki, üçdə ikisini təşkil edən Rusiya neft şirkətlərinin əsas brendi olan Urals neftinin qiyməti yanvarın 6-da cümə günü bir barel üçün 40 dollardan aşağı düşüb. 
Baltik dənizindəki Primorsk limanından göndərilən yüklərin bir barelinin qiyməti 38,7 dollar təşkil edir ki, bu da 2020-ci ilin yazından bəri antirekorddur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” "Argus” qiymətləndirmə agentliyinin məlumatlarına istinadən yazır.
İlin əvvəlindən Urals təxminən 10% ucuzlaşıb. Onun hazırkı kotirovkaları artıq Brentdən (həmin tarixə 78,57 dollar) iki dəfə aşağıdır və G7 ölkələrinin bir barel üçün 60 dollar olaraq təyin etdiyi qiymət tavanından 33% aşağıdır.
Nizami Bağırov