Qərbin Rusiyaya qarşı sanksiyaları Rusiya iqtisadiyyatını onilliklərlə davam edəcək tənəzzülə sürükləyəcək.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen
deyib.
"Biz Rusiya iqtisadiyyatını onilliklər ərzində tənəzzülə sürükləyən Rusiya Federasiyasına qarşı ən güclü sanksiyaları tətbiq edirik və onun sənayesi müasir və kritik texnologiyalardan məhrumdur", - o deyib.
Avropa Komissiyasının rəhbəri əmin edib ki, Rusiyanın təcavüzkar müharibəsi cəzasız qalmayacaq. O, həmçinin ukraynalılara söz verib ki, Qərbin "Ukraynaya sarsılmaz dəstəyi” zəifləməyəcək.
"Son bir il ərzində ölkəniz dünyanın təsəvvürlərini dəyişdi və Avropaya ilham verdi, mən isə sizi əmin edə bilərəm ki, Avropa həmişə sizinlə olacaq”, - üzünü ukraynalılara tutaraq fon der Leyen deyib.
Alpər