Britaniyanın Kral Birləşmiş müdafiə tədqiqatları institutunun (RUSI) analitikləri Rusiya ordusunun zəifliyi ilə bağlı geniş yayılmış fikirlərin doğru olmadığını bildirirlər.
Qaynarinfo xəbər verir ki, bu həftə dərc olunan 30 səhifəlik hesabatda ekspertlər Rusiya ordusunun vəziyyətini təhlil edərək belə qənaətə gəliblər ki, hazırda Rusiya artilleriyası, hava hücumundan müdafiə sistemi və hətta sovet tankları bir neçə ay əvvəlkindən daha səmərəli istifadə
olunur.
Məlumata görə, Rusiya hava hücumundan müdafiə sistemindəki bir çox çatışmazlıqları aradan qaldırıb. Əvvəlcə ayrı-ayrı elementlərin işi zəif əlaqələndirilmişdi və buna görə də hava hücumundan müdafiə sistemi, xüsusən də çoxsaylı raket buraxılış qurğularının raketlərini tuta bilmirdi. RUSİ-nin məlumatına görə, 2022-ci ilin payızından bu problem əsasən həll olunub və bu, Rusiya hava hücumundan müdafiə sisteminin effektivliyini artırıb.
Analitiklər yazır ki, Rusiya artilleriyası da daha effektiv olub. Sovet T-55 və T-62 tankları döyüş meydanında ciddi təhlükə yaradır, çünki onlar əsasən Ukrayna Silahlı Qüvvələrinin mövqelərini yarmaq üçün deyil, piyadaların döyüş maşınlarına dəstək üçün istifadə olunur, RUSİ ekspertləri davam edir.
Rusiya radioelektron müharibə vasitələrini də təkmilləşdirir. Hesabatda bildirilir ki, Rusiya hərbçiləri artıq real vaxt rejimində Silahlı Qüvvələr tərəfindən istifadə edilən "Motorola” radiostansiyalarının şifrələməsini sındırmağa qadirdir.
Bundan əlavə, Rusiya Ukrayna ordusunun irəliləməsinə ciddi maneələr yaradan mürəkkəb mina sahələri yaradır.
Rusiyanın Baxmutda "insan dalğaları” taktikasından istifadə etməsi (məhv edilən hücum qrupların tez bir zamanda digəri ilə əvəz olunması) həm də Rusiyanın müharibədə əvvəllər verdiyi ağır itkilərə rasional, lakin "sinik” cavab idi, hesabatda yazılır. "Onlar çoxlu sayda döyüşçünü səfərbər edə bilər, lakin birliklərin əksəriyyəti aşağı keyfiyyətli təlimə malik olacaqlar” deyə analitiklər izah edirlər.
Hesabatın iki müəllifindən biri olan Nik Reynoldsun fikrincə, Rusiya ordusunun tükənməsi ilə bağlı fikirlər həqiqətdən uzaqdır: "Sosial mediada Rusiyanın qüvvələrinin çatışmamazlığı ilə çox danışılır, lakin internet hər iki tərəfdən təbliğatla doludur", - ekspert izah edir.
Nizami Bağırov