Xəbər lenti

Rusiya ordusunun 5 hərbçisi ölüb - Suriyada
Dünya17:02 17.03.2016

Rusiya ordusunun 5 hərbçisi ölüb - Suriyada

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Hərbi-Hava Qüvvələrinin Suriyada keçirdiyi əməliyyatlar zamanı 5 hərbçi ölüb. 
Bubarədə “Reuters”ə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.
Peskov məlumatla bağlı digər detalları açıqlamayıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Kremldə dövlət mükafatlarının təqdimatı mərasimində Suriyada həlak olan 5 hərbçinin həyat yoldaşına başsağlığı  bildirib.   
Suriyada həlak olan hərbçilərdən Oleq Peşkov, Aleksandr Pozınıç və Vadim Kostenko barədə Rusiya mətbuatı məlumat yaymışdı.
Digər iki hərbçi İvan Çeremisin və Fyodor Juravlyov barədə əvvəllər heç bir məlumat verilməyib. (apa)
Qaynar.info