Xəbər lenti

Rusiya ordusunun Ukraynanın cənubunda yeni itkiləri məlum oldu (VİDEO)
Dünya06:03 06.07.2022

Rusiya ordusunun Ukraynanın cənubunda yeni itkiləri məlum oldu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın cənubunda son sutka ərzində, iyulun 5-də Ukrayna əsgərləri 18 rus işğalçısını məhv edib.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə Pivden əməliyyat komandanlığı Facebook-da məlumat yayıb.
"Raket-artilleriya və digər birləşmələr atəş tapşırıqlarını yerinə yetirərək düşmənin 18 hərbçisini, 2 "Nona-S” özüyeriyən artilleriya və minaatan qurğusu, 1 ədəd 23 kalibrli zenit qurğusu, 1 ədəd Msta-B haubitsa, 5 ədəd zirehli və avtomobil texnikası, həmçinin 2 sursat anbarını məhv edib.
Qeyd olunur ki, Ukrayna aviatorları helikopterlərdə və hücum təyyarələrində düşmənin Blaqodatnı rayonundakı dayaq məntəqələrinə iki hava zərbəsi endirib, nəticələr araşdırılır.
Xatırladaq ki, ötən sutka ərzində Ukrayna Hərbi Hava Qüvvələrinin qırıcıları rus işğalçılarının doqquz qanadlı raketini, iki sursat anbarını, iki taqım istehkamını və iyirmi texnikasını məhv edib.
Bundan əvvəl Rusiya ordusunun fevralın 24-dən bu yana Ukraynada 115 minə yaxın hərbçi itirdiyi deyilib. Prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, bu rəqəmə həm ölənlər, həm də yaralılar daxildir.
Alpər