Rusiya dollardan istifadədən imtina etmir, lakin ölkə Amerika və Avropa valyutalarında ödənişlərin aparılmasında problemlər yaşamağa başlayıb.
Qaynarinfo xəbər verir ki, bunu Rusiya prezidenti VladimirPutin bu ilki birbaşa xətt ilə birləşdirilən geniş mətbuat konfransı zamanı deyib.
"2022-ci ilin sentyabrına Rusiyanın xarici ticarətində valyutaların strukturu belədir: rublun payı 40%, yuan 33%, dollar və avronun ümumi payı 24% təşkil edir”, - dövlət başçısı bildirib.
Putin xatırladıb ki, 2021-ci ildə Rusiya ixracı üzrə ödənişlərin 87%-i dollar və avro ilə olub, rublun payı 11-13%, yuanın isə cəmi 0,4%-i olub. Prezident hesab edir ki, əslində, Qərb dollar və avrodan istifadəni məhdudlaşdırmaqla öz ayağına güllə atır.
"Bu, bizim üçün pisdir? Yox, biz iqtisadi hesablamalarda milli valyutadan nə qədər çox istifadə etsək, bir o qədər yaxşıdır. Bu, bizim suverenliyimizi və imkanlarımızı artırır”, - prezident yekunlaşdırıb.
Alpər