Xəbər lenti

“Rusiya” qanununun qəbulu Gürcüstanın Aİ-yə üzvlüyünü de-fakto dayandırır - Aİ
Dünya 13:59 28.06.2024

“Rusiya” qanununun qəbulu Gürcüstanın Aİ-yə üzvlüyünü de-fakto dayandırır - Aİ

Aİ sammitinin nəticələrinə əsasən Aİ-yə üzv ölkələrin liderləri Gürcüstanda baş verən son hadisələrdən, xüsusən də qalmaqallı "Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulundan ciddi narahat olduqlarını bildiriblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyska pravda” məlumat yayıb.

Xüsusilə, Aİ liderləri qeyd ediblər ki, bu qanun Komissiyanın namizəd statusunun alınması ilə bağlı tövsiyəsində qeyd olunan addımlardan kənara çıxır.
"Avropa İttifaqı Şurası Gürcüstan hakimiyyətini Gürcüstanın Aİ-yə yolunu təhlükəyə atan və faktikiolaraq üzvlük prosesinin dayanmasına gətirib çıxaran hazırkı fəaliyyət kursunu dəyişdirərək öz niyyətlərini aydınlaşdırmağa çağırır”, - məlumatda deyilir.

Aİ həmçinin Gürcüstanda vətəndaş cəmiyyəti nümayəndələrinə, siyasi liderlərə, ictimai fəallara və jurnalistlərə qarşı hədə-qorxu, təhdid və fiziki hücumlara son qoymağa çağırır.

Aİ Şurası Gürcüstan hakimiyyətini bu payızda keçiriləcək parlament seçkilərinin azad və ədalətli keçirilməsini təmin etməyə çağırır və tərəfdaşları seçkilərin əhəmiyyətli uzunmüddətli və qısamüddətli monitorinqini həyata keçirməyə təşviq edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->