Xəbər lenti

Rusiya Qarabağda humanitar mərkəzlər yaradıb
Siyasət15:32 19.11.2020

Rusiya Qarabağda humanitar mərkəzlər yaradıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Dağlıq Qarabağda humanitar məsələlərin həlli üçün daha 5 mərkəz yaradıb.
"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Milli Müdafiə İdarəçiliyi Mərkəzinin açıqlamasında bildirilir.
Rusiya müdafiə nazirinin göstərişi ilə yaradılan həmin mərkəzlər Minalardan Təmizləmə Mərkəzi, Qarşıduran Tərəfləri Barışdırma Mərkəzi (tərkibində psixoloji iş şöbəsi, televiziya və radio yayımı stansiyaları, qəzet redaksiyası var), Nəqliyyat Təminatı Mərkəzi, Tibbi Təminat Mərkəzi, Ticarət-Məişət Təminatı Mərkəzidir.
Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli bəyanatın şərtlərinə görə, Dağlıq Qarabağ münaqişəsi bölgəsində hərbi əməliyyatların dayandırılmasına nəzarət üçün Rusiyanın 1 960 nəfərlik canlı qüvvədən, 90 ədəd zirehli texnikadan, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı qüvvələri yerləşdirilməlidir.