Xəbər lenti

Rusiya rublu niyə ucuzlaşır? (ŞƏRH)
Dünya 16:35 10.10.2024

Rusiya rublu niyə ucuzlaşır? (ŞƏRH)

"Rusiya sanksiyalardan yan keçərək üçüncü ölkələr vasitəsi ilə, əsasən də Ermənistan üzərindən daha çox ticarət edə biləcəksə, bu, rus rublunun dəyərdən düşməsinin qarşısını alacaq. Hesab edirəm ki, burada tək iqtisadi amil deyil, eyni zamanda siyasi amillər rol oynayır".

Bunu Qaynarinfo-ya açıqlamadında iqtisadçı Eyyub Kərimli rus rublunun ucuzlaşmasının səbəblərini izah edərkən deyib. 

Ekspert bildirib ki, bununla bağlı hər hansı bir ciddi proqnozlar vermək çətindir:



"Gözləntilərə rəğmən Rusiya iqtisadiyyatı bu qədər sanksiyalarla üzləşməsinə və Rusiya-Ukrayna müharibəsinin bu qədər davam etməsinə baxmayaraq öz müəyyən sabitliyini qoruyur. Rusiya ilə bağlı infliyasiya və devalvasiya proqnozlaşdırılan həddə çatmadı. Bu gün Türkiyədə infliyasiya Rusiyadan daha çoxdur. Baxmayaraq ki, Rusiya üçün iqtisadi çöküş, rublun daha çox devalvasiya olunması proqnozlaşdırılırdı".

Eyyub Kərimli əlavə edib ki, Rusiya-Ukrayna müharibəsi Rusiya iqtisadiyyatı, rubl üçün müəyyən böyük təzyiqlər yaradıb:

"Sanksiyalar davam edir, lakin Rusiya ikinci və üçünçü ölkələrin vasitəsi Avropa və digər ölkələrlə ticarət apardığından görünür bu rus rublunun davalvasiyadan xilas edib".

Qeyd edək ki, bu günün valyuta məzənnələri açıqlanıb. Rusiya rublu 0,0175 manata kimi ucuzlaşıb.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->