Xəbər lenti

Rusiya sifarişi gələn ilin ortalarınadək tamamlayacaq
Dünya09:57 19.07.2013

Rusiya sifarişi gələn ilin ortalarınadək tamamlayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Azərbaycanın sifarişi üzrə Mi-35M helikopterlərinin çatdırılmasını gələn ilin ortalarınadək tamamlayacaq.

Bu barədə APA-ya “Rusiya Helikopterləri” (Vertolyotı Rossii) şirkətindən məlumat verilib.
Bu günədək 12 helikopter (4-ü 2011, 8-i 2012-ci ildə) istehsal edilərək sınaqdan keçirilib və sifarişçiyə çatdırılıb. Qrafikə uyğun olaraq digər helikopterlərin istehsalı üzrə Rostov-Don zavodunda işlər davam etdirilir.

Azərbaycanla Rusiya arasında Mi-35M helikopterlərinin alğı-satqısına dair müqavilə 2010-cu ilin sentyabrında imzalanıb.

Qeyd edək ki, Mi-35M helikopterləri hazırda Azərbaycan, Rusiya, Venesuela və Braziliyanın silahlanmasına daxildir. Mi-35M helikopterləri sürəti, manevr imkanları, silah arsenalının genişliyi və s. göstəricilərinə görə sələfi Mi-24 helikopterlərindən fərqlənir. Bu helikopter yerüstü əməliyyatlara atəş dəstəyi ilə yanaşı, evakuasiya, desantın və hərbi yüklərin göyərtədə və xarici asmada daşınmasını da həyata keçirə bilir.

Qaynar.info