
Rusiya Şimali Qafqazı əhatə edən Cənub Hərbi Dairəsinə 2013-cü ilin sonuna qədər 30 yeni döyüş təyyarəsi və helikopterlər yerləşdirəcək.
Ans press-in “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, söhbət "Su-30M2" qırıcılarından, "Su-34" bombardirlərindən, "Su-25SM" hücum təyyarələrindən və "Mi-35M" helikopterlərindən gedir.
Daha əvvəl Şərq hərbi dairəsinə ilin sonuna kimi 30-dan çox "Ka52" zərbə helikopteri və "Mi-8MTŞ" döyüş nəqliyyat və bundan əlavə, "An-26", 20 yeni "Su-30M2" və "Su-35" qırıcılarının gətiriləcəyi xəbər verilirdi.
Hərbi Aviasiya texnikası 2020-ci ilə qədər nəzərdə tutulmuş cari dövlət silahlanma proqramı çərçivəsində həyata keçirilir. Bu sənədə görə, 1500 ədəd təyyarə və helikopterlərin alınması, həmçinin mövcud aviotexnikanın kütləvi şəkildə modernləşdirilməsi nəzərdə tutulur. Bundan əlavə, 2013-cü ildə Rusiya təyyarəqayırma korporasiyası Hərbi Hava Qüvələlərinə 100-dən çox hərbi təyyarə verəcək.
Qaynar.info