Dünya 17:50 04.08.2022

Rusiya TŞ-nin iclasında Rusiya-Türkiyə sammiti diqqət mərkəzində

Rusiya prezidenti Təhlükəsizlik Şurasının üzvləri ilə Rusiya-Türkiyə sammiti və Qarabağdakı son hadisələrlə bağlı məsləhətləşib.

Qaynarinfo bu barədə Anadoluya istinadən xəbər verir.

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə virtual görüşdə sabah keçirilməsi planlaşdırılan Rusiya-Türkiyə sammitini və Qarabağda baş verən son hadisələri dəyərləndirib.

Kreml Sarayı açıqlamasında bu virtual görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Putinin Soçi görüşündən əvvəl Rusiya ilə Türkiyə arasındakı münasibətlərin və Qarabağdakı son hadisələrin müzakirə edildiyini açıqlayıb.

Kremlin sözçüsü Dmitri Peskov da bu gün deyib ki, Ərdoğan və Putin Soçi görüşündə Qarabağdakı son hadisələri müzakirə edə bilərlər.

M.Arif