Xəbər lenti

Rusiya tanklarının yarısını və hardasa bütün dəqiq idarə olunan raketlərini itirib - Pentaqon
Dünya11:55 09.11.2022

Rusiya tanklarının yarısını və hardasa bütün dəqiq idarə olunan raketlərini itirib - Pentaqon

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kahl Ukraynadakı müharibənin Kreml üçün "böyük strateji uğursuzluq" olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya əsas döyüş tanklarının yarısını itirib və dəqiq idarə olunan silahlarının çoxunu istifadə edib.
"Putin uğursuzluğa düçar oldu, Rusiya bu müharibədən girdiyindən daha zəif çıxacaq", - Kahl çərşənbə axşamı günü jurnalistlər qarşısında deyib. 
Kahl bildirib ki, Rusiyanın quru qoşun qüvvələrinin 80%-dən çoxu Ukraynada "bataqlığa” girib və sanksiyalar və ixrac nəzarəti onların ordusunu müharibədən əvvəlki vəziyyətinə qaytarmağı çox çətinləşdirəcək. O əlavə edib ki, Rusiya müharibə başlayandan bəri "on minlərlə itki" verib ki, bu da Sovet İttifaqının Əfqanıstandakı itkilərindən çox "böyükdür".
"Putin bu müharibəyə Ukraynanı müstəqil suveren demokratik ölkə kimi məhv etməyə çalışaraq getdi. O, uğursuzluğa düçar ordu və bu dəyişməyəcək. Suveren, müstəqil, demokratik Ukrayna duruş gətirəcək”, - müdafiə nazirinin müavini bildirib.
Kahl həmçinin qeyd edib ki, ABŞ Konqresindəki hər iki partiya Ukraynanın irəliləyişlərini dəstəkləyir, lakin bu dəstəyin gələcəkdə necə görünəcəyi dəyişə bilər. 
Nizami Bağırov