Dünya 14:43 29.06.2022

Rusiya Ukrayna mülki əhalisinin axırına çıxmaq istəyir - Reuters

Ukraynanın cənubunda bir yaşayış binasına Rusiyanın raket hücumu nəticəsində ən azı 3 nəfərin, iki gün əvvəl ticarət mərkəzinə hücumda isə 18 nəfərin öldüyü bildirilir. 

Qaynarfino bu barədə "Reuters” xəbər agentliyinə istinadla xəbər verir.

Nikolayev şəhər meri Aleksandr Senkeviç bildirib ki, şəhərə səkkiz raket düşüb. Zərbələrdən biri yaşayış binasına dəyib. Nikolayevdən çəkilmiş fotoşəkillərdə yuxarı mərtəbəsi qismən dağılmış dörd mərtəbəli binadan tüstü qalxdığı görünür. 

İki gün əvvəl vurulan ticarət mərkəzində təxminən 36 nəfərin hələ də itkin düşdüyü bildirilir. 

Rusiya Ukraynaya qarşı dörd aydır davam edən hücumu ərəfəsində mülki əraziləri hədəfə aldığını inkar edir. BMT-nin hesabatına görə, Rusiyanın işğalı başlayandan bu günə qədər ən azı 4700 dinc sakin həlak olub.

Nurlan Hüseynov