Xəbər lenti

Rusiya Ukraynada 5 ayda ABŞ-ın İraqda 8 ildə itirdiyindən çox əsgər itirib - DW
Dünya10:02 02.08.2022

Rusiya Ukraynada 5 ayda ABŞ-ın İraqda 8 ildə itirdiyindən çox əsgər itirib - DW

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ümumi səfərbərlik olmasa, Rusiya ordusu çətin günlərlə üzləşəcək, analitik proqnozlaşdırır.
Ukraynaya qarşı beş aylıq genişmiqyaslı müharibədə rusların itkiləri amerikalıların İraqda səkkiz illik müharibədəki itkilərindən dəfələrlə çoxdur.
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Die Welt” nəşrinin materialında bəhs edilir. 
Jurnalistlər qeyd edirlər ki, Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, bu günə qədər 25 min rus əsgəri həlak olub. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi daha ehtiyatla bu rəqəmin 15.000 nəfər olduğunu hesab edir.
Hər iki senaridə beş ayda itkiləri ABŞ-ın İraqda səkkiz illik müharibədəki itkilərindən dəfələrlə çoxdur və bu itkilər təxminən 4500 nəfər təşkil edib.
"Kənardan Rusiya itkilərinin dəqiq sayını müəyyən etmək çətindir. Amma müxtəlif ipuçları nisbətən aydın mənzərə yaratmağa kömək edə bilər. Və bu mənzərə Rusiya ordusunun ciddi kadr problemlərinin olduğunu göstərir", - deyə Almaniya Xarici əlaqələr şurasının təhlükəsizlik üzrə eksperti və Rusiya üzrə analitik Andras Rats bildirib. 
Rats şəxsən öldürülən rus əsgərlərinin sayını ən azı 20.000 hesab edir. Əsas qayda budur ki, öldürülən hər bir əsgərə üç nəfər yaralı düşür.
Analitik qeyd edir ki, Putinin artıq nizami ordu əsgərlərinin olmadığına dair çoxsaylı sübutlar var. Xüsusilə, bu, daxili əməliyyatlar üçün hazırlanmış Milli Qvardiyanın, "Vaqner” özəl hərbi şirkətin bahalı muzdlularının həddindən artıq istifadəsidir.
Rats Rusiya ordusu ilə bağlı başqa bir problemə işarə edir: rotasiya. Ölənlərlə yanaşı, Rusiya taqətdən düşənlərə də tezliklə əvəz tapmalıdır.
Bir çox əlamətlər var ki, Rusiya indi ümidsiz şəkildə qoşunlarının artırılmasını təmin etməyə çalışır. Atılan addımlar arasında təklif olunan maaşların 3 min dollar qalxması, könüllü taborların yaradılması, müqaviləli əsgərlər üçün yuxarı yaş həddinin artırılması, Ukraynanın şərqində işğal olunmuş ərazilərində, Çeçenistan Respublikasında və azadlıqdan məhrumetmə yerlərində məcburi müharibəyə cəlb edilməsi var.
"Bu insanlar az təlim görüblər, motivasiyaları və lazımi avadanlıqları yoxdur. Onlar, həqiqətən, sadəcə "qurbanlıq ətdirlər”, - Rats deyir.
"Ümumi səfərbərlik, əlbəttə ki, vəziyyəti əhəmiyyətli dərəcədə dəyişəcək, lakin səfərbərlik olmadan Rusiya ordusu çətin günlərlə üzləşəcək”, - Rats proqnozlaşdırır.
"İnsanlar həmişə Rusiyanın nizami ordusunun sonsuz olduğunu düşünürlər. Amma belə deyil. Ümumi səfərbərlik olmasa, onların Donetsk vilayətinin qalan hissəsini də fəth edə biləcəkləri son dərəcə şübhəlidir", - analitik deyir.
Hərbi texnikada da ciddi itkilər qeydə alınıb.
"Hərbi texnikanın itirilməsi də adətən əsgərlərin ölümü deməkdir", - Rats deyir.
O cümlədən, "Oryx” analitik platformasında məhv edilmiş və ya qənimət götürülmüş 4800-dən çox (bu say artıq 5.000-i keçib – red.) Rusiya tankı, helikopteri və yaylım atəşi sistemi qeydə alınıb.
"Bunlar son dərəcə yüksək rəqəmlərdir və yalnız yoxlanıla bilən itkilərdir. Ordunun əsgər itirmədən çoxsaylı texnika itirdiyi bir senarisi var: tələsik geri çəkilmə. Lakin Rusiya ordusu hücum edir", - Rats deyir.
Nizami Bağırov