Xəbər lenti

Rusiya və Çindən ABŞ-ın sanksiya qərarına reaksiya
Dünya06:57 24.08.2017

Rusiya və Çindən ABŞ-ın sanksiya qərarına reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya və Çin ABŞ-ın tətbiq etdiyi sanksiyalar barədə açıqlama verib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın BMT daimi təmsilçisi Vasiliy Nebenzia "ABŞ Rusiya ilə əlaqələri düzəltmək istədiyini deyir, lakin bizi Şimali Koreyaya dəstək verməkdə ittiham etməsi və buna görə sanksiyalar tətbiq etməsi iki ölkə arasındakı münasibətləri düzəltməyəcək" deyib.

Çin xarici işlər naziri sözçüsü Hua Çunyinq isə ABŞ-ı bu qərarını dəyişdirməyə çağırıb və bildirib ki, Çin BMT qərarlarını pozan firma və şəxsləri ölkə qanunlarına əsasən cəzalandıracaq.

Qeyd edək ki, ABŞ Rusiya və Çini Şimali Koreyanın ballistik raket proqramını dəstəkləməkdə ittiham edir, rusiyalı və çinli 12 şəxs və ya qurum barədə sanksiya qərarı qəbul edib.

Gülşən

Qaynarinfo.Az