Xəbər lenti

Rusiya və Çindən Şimali Koreya açıqlaması
Dünya10:25 29.08.2017

Rusiya və Çindən Şimali Koreya açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya və Çin Şimali Koreyanın son raket sınağına münasibət bildirib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Rusiya parlamentinin belnəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçev bildirib ki, Şimali Koreyanın raket sınağı ABŞ-a "Zarafat etmirəm" mesajıdır. 

Məsələyə münasibət bildirən Çin xarici işlər naziri Vanq Yi isə "Şimali Koreyanın yaratdığı gərginlik son nöqtəyə yaxınlaşıb. Bu qədər hadisədən sonra məsələnin sülh yolu ilə həlli çətin məsələdir" deyib. Nazir həmçinin ölkələri, xüsusilə Çin və ABŞ-ı provakasiyadan uzaq durmağa, Şimali Koreyanı isə raket sınaqlarını dayandırmağa çağırıb.

Qeyd edək ki, Şimali Koreya bu gecə Yaponiya və Cənubi Koreya ərazisinə istiqamətlənən raket sınağı həyata keçirib. 

Gülşən

Qaynarinfo.Az