Xəbər lenti

Rusiya XİN: "Bakı ilə İrəvan arasında vasitəçilik səyləri haçalanmamalıdır"
Siyasət06:57 23.02.2023

Rusiya XİN: "Bakı ilə İrəvan arasında vasitəçilik səyləri haçalanmamalıdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyə biləcək istənilən təşəbbüsləri alqışlayır, əsas odur ki, davam edən vasitəçilik səylərinin haçalanmasına və rəqabətinə yol verilməsin. 
Qaynarinfo xəbər verir ki, bunu TASS-a müsahibəsində xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
O qeyd edib ki, Moskva Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyə biləcək istənilən təşəbbüsləri alqışlayır.
"Bakı və İrəvan arasında barışıq Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər toplusuna əsaslanır. Mən nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılması, sərhədin delimitasiyası üzrə tədbirləri, ictimai xadimlər və ekspertlər arasında təmaslar vasitəsilə etimadın möhkəmləndirilməsi və Sülh müqaviləsinin hazırlanmasını nəzərdə tuturam. Əsas odur ki, bir-birini təkrarlamamaq və davamlı vasitəçilik səyləri ilə rəqabət aparmamaq, onların sinergiyasına nail olmaqdır”, - Qaluzin Rusiyanın İrəvan və Bakı arasında Misirin vasitəçilik təşəbbüsünə münasibəti ilə bağlı sualı cavablandırarkən deyib.
Xatırladaq ki, bir qədər əvvəl Misir prezidenti Əbdülfəttah əs-Sisi bildirib ki, Misir bu ölkələr arasında münasibətlərin normallaşdırılması üçün Ermənistan və Azərbaycan arasında vasitəçi olmağa hazırdır.
Alpər