Xəbər lenti

Rusiya XİN-dən Hindistan baş nazirinin Putinlə görüşdən imtina etməsinə reaksiya
Dünya12:29 13.12.2022

Rusiya XİN-dən Hindistan baş nazirinin Putinlə görüşdən imtina etməsinə reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva Hindistanın baş naziri Narendra Modinin Rusiyaya səfərinin ləğv edilməsi ilə bağlı mətbuatda yayılan xəbərləri anlaşılmazlıq kimi qiymətləndirir. 
Qaynarinfo xəbər verir ki, xarici işlər nazirinin müavini Andrey Rudenko belə bir səfərin planlaşdırılmadığını bildirib.
"Düşünürəm ki, burada bir anlaşılmazlıq var. Dmitri Peskovun dediyi kimi, baş nazirin səfəri bu il planlaşdırılmayıb”, - Rudenko "Valday” Beynəlxalq Diskussiya Klubunun kluarlarında deyib.
Bloomberg daha əvvəl Modinin Rusiya prezidenti Vladimir Putinlə görüşdən imtina etdiyini bildirib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov xəbəri şərh edərkən jurnalistlərə bildirib ki, ilin sonuna qədər Rusiya Federasiyasının prezidenti ilə Hindistanın baş naziri arasında görüş nəzərdə tutulmayıb, qrafik gələn il üçün razılaşdırılacaq.
Qeyd edək ki, 2000-ci ilin strateji tərəfdaşlıq bəyannaməsinə uyğun olaraq Rusiya və Hindistan liderləri hər il görüşür. 2020-ci ildə isə pandemiya səbəbindən görüş baş tutmayıb. Putin 2021-ci ilin dekabrında Yeni Dehliyə səfər edib, sonra sentyabrda ŞƏT sammiti zamanı Modi ilə ayrıca görüş keçirib.
Alpər