Rusiya Ukraynada hərbi kampaniyasının növbəti mərhələsinə bu bazar günü və ya gələn həftənin əvvəlində başlaya bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin iki yüksək səviyyəli nümayəndəsinə istinadən "NBC News"
məlumat yayıb.
Adı gizli saxlanılan rəsmilər bildirib ki, ABŞ müttəfiqlərini hücum zamanı silah-sursatın tükənməməsi üçün Ukraynaya daha çox artilleriya və sursat göndərməyə razı salmağa çalışır. Onlar əlavə edib ki, Birləşmiş Ştatlar bunun yaxın günlərdə baş verə biləcəyini təxmin edir.
Qeyd edək ki, aprelin 16-da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya qoşunlarının Kuraxovski və Avdeyevski istiqamətində Slavyanska qarşı hücumu bərpa etməyə hazırlaşdığını açıqlayıb.
Bu arada Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusu Ukraynada desant dəniz əməliyyatı hazırlaması barədə məlumat yayıb.
"Dəniz Piyadaları Korpusunun 810 və 155-ci briqadalarının bölmələri dəniz desant əməliyyatına hazırlaşır. Məlumat dəqiqləşdirilir", deyə məlumatda qeyd edilib.
Eyni zamanda, Kursk, Bryansk və Voronej vilayətlərindən rus bölmələrinin Ukrayna ərazisinə hərəkəti davam edir. Rusiya Federasiyası silahlı qüvvələrinin Ukrayna ərazisində yerləşən bölmələrinin təminatla bağlı ciddi problemləri var. Eyni zamanda, onlar əhəmiyyətli sursat ehtiyatı toplaya biliblər.
Aydın