Rusiyada 100-ə yaxın jurnalistə koronavirus diaqnozu qoyulub, 500 jurnalist isə karantində və ya təcrid vəziyyətindədir.
Qaynarinfo xəbər verir ki, bu haqda Rusiya Rabitə Nazirliyi rəhbərinin müavini Aleksey Volin bildiriv. O, jurnalistlərin risk altında olduğunu vurğulayıb.
Bu, medianın prezident Vladimir Putinin tətbiq etdiyi qeyri-iş rejimindən təsirlənməməsi ilə əlaqədardır. Volin böhran dövründə xəbər media formatlarına böyük tələbat olduğunu da qeyd edib.
Volin əlavə edib ki, bu yaxınlarda bir jurnalistin koronavirusdan ölümü qeydə alınıb.
Xatırladaq ki, martın 31-də Permin "İşgüzar maraq" qəzetinin baş redaktoru Anastasiya Petrova vəfat edib. Ona koronavirus diaqnozu qoyulub.
Alpər