Rusiyanın paytaxtı Moskvada illərlə onlara təcavüz edən atalarını öldürən 3 bacıdan ikisi Krestina və Ancelina Kaçaturyan bu gün hakim qarşısına çıxacaq. 17 yaşlı Mariyanın cinayət işinə isə ayrılıqda baxılır.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, təqsirli bilinəcəkləri təqdirdə bacılara 20 ilə qədər həbs cəzası verilə bilər.
Qeyd edək ki, cinayət 2018-ci ilin 27 iyulunda törədilmiş. Hadisə ictimailəşəndən sonra ölkədə böyük ajiotaja səbəb olmuşdu. Mixail Kaçaturyanın cəsədi binanın boşluğunda tapılmış, başında və boynunda 30-dan çox bıçaq zərbəsi müəyyən edilmişdi.
İstintaq məlumatlarına görə, hadisə gübü psixiatr klinikasından evə qayıdan ata evi təmizləmədikləri üçün qızlarını sıraya düzərək tənqid edib və üzlərinə bibər qazı sıxıb. Həmin ərəfədə astma xəstəsi olan 19 yaşlı Krestina huşunu itirib. Daha sonra 17 yaşlı Mariya ovçu bıçağı, 18 yaşlı Ancelina çəkic və Krestina da bibər qazı ilə yatan atalarına hücum ediblər. Qızlar əvvəlcə guya atalarının onlara hücum etdiyini göstərməyə çalışdıqları üçün özlərinə kiçik xəsarətlər yetiriblər, ardınca isə polisə və təcili yardıma zəng ediblər.
Vəkilləri və baş prokurorluğa görə, ertəsi gün saxlanılan bacılar illər boyu cinsi, fiziki və psixoloji şiddətə məruz qaldıqlarını söyləyiblər.
Bacılar barəsində ötən il əvvəlcədən planlaşdırılmış şəkildə cinayət ittihamı ilə iş açılıb.
Camal