Rusiyada azərbaycanlı soyulub. Rusiya mətbuatının verdiyi məlumata görə, hadisə Sankt Peterburqda baş verib.
Hadisə sentyabrın 11-də versə də zərərçəkmiş polisə yeni müraciət edib.28 yaşlı Azərbaycan vətəndaşı "Pulkova-2" hava limanından çıxarkən onu 4 naməlum maskalı şəxs qarşılayıb. Onlar azərbaycanlını "Hyundai" markalı maşına salaraq Şuşara qəsəbəsinə aparıblar. Orada onun içində 2,5 milyon dollar pul olan çemodanı əlindən alınıb. Maskalı şəxslər gizlənə biliblər.