Xəbər lenti

Rusiyada daha bir azərbaycanlı “ulduz” oldu - VİDEO
Dünya07:17 29.10.2013

Rusiyada daha bir azərbaycanlı “ulduz” oldu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Əlibəyin arvadı mənə dedi ki, gəlin üçümüz bir yaşayaq...”

Andrey Malaxovun Rusiyanın Birinci kanalında yayımlanan “Pust qovoryat” verilişinin 28 oktyabr buraxılışı öz rus arvadını Bakıya gətirmiş azərbaycanlı haqqında olub.  

1news.az xəbər verir ki, videoda 50 yaşlı azərbaycanlı, Bakıdan olan Əlibəy Qurbanov və ondan 20 yaş kiçik olan gənc rus arvadı Marina əks olunur. Bundan başqa, digər kadrlarda Əlibəyin birinci arvadı - əri ilə yaşıd olan Sima xanım da görünür.

Veriliş zamanı məlum olub ki, kişi uşaqlarını Marinadan alıb və indiyədək Azərbaycanda saxlayır. Həmyerlimiz öz 20 yaşlı sevgilisi Marinanı aldadaraq, birinci arvadı ilə birlikdə yaşamadığını və hətta görüşmədiklərini də deyibmiş.

Malaxovun verilişinin qonaqları isə ölkəmizdə çoxarvadlığın dəbdə olmasından, Əlibəyin Marinanı birinci arvadının evinə gətirməsinin tamamilə normal olduğundan danışmağa başalyıblar. Marina isə bildirib ki, Əlibəyin birinci arvadı – Sima ona birgə yaşamağı, yəni bir yatağı üçlükdə bölüşməyi təklif edibmiş....

Azərbaycanlı Orxan Zeynalovun vəhşi kimi təqdim edildiyi Biryulov hadisələrindən bir qədər sonra göstərilən bu proqram faktiki olaraq cəmiyyətin bizim millətimizin nümayəndələri haqqında pis fikirdə olmasına xidmət edir.

 

Oxu.Az