Xəbər lenti

Rusiyada daha bir hərbi obyekt partladıldı (VİDEO)
Dünya10:18 06.04.2024

Rusiyada daha bir hərbi obyekt partladıldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyada daha bir hərbi obyekt - Azov yaşayış məntəqəsində neft kəməri partladılıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Aprelin 6-na keçən gecə Rostov vilayəti Azov yaşayış məntəqəsi ərazisində yerli neft anbarından "Azov dəniz limanı”nda tankerlərə neft məhsullarının vurulduğu boru kəməri partladıb.
Tankerlərin neft məhsulları ilə yüklənməsi qeyri-müəyyən müddətə dayandırılıb.
Baş Kəşfiyyat İdarəsi obyektin Rusiya tərəfindən hərbi məqsədlər üçün istifadə edildiyini dəqiqləşdirib. 
Nizami Bağırov