Xəbər lenti

Rusiyada  dövlət çevrilişi ehtimalı artır (ŞƏRH)
Siyasət12:39 17.06.2022

Rusiyada  dövlət çevrilişi ehtimalı artır (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Ukraynada hərbi əməliyyatlara başlayanda prosesin qısa müddətdə yekunlaşacağı gözlənilirdi. Lakin artıq 3 aydan çoxdur ki, müharibə davam edir və nə zaman yekunlaşacağı da bəlli deyil. Müşahidələr göstərir ki, tərəflərin resursları tükənmək üzrədir.
Bundan başqa, müharibə uzandıqca Ukraynaya dəstək verən Qərb və Avropanın tərəddülərinin artdığı müşahidə olunur.  ətta bəzi siyasi analitiklər hesab edir ki, Rusiya təcavüzü dayandırmayacağı təqdirdə Ukrayna hansısa güzəştlərə məcbur edilə bilər. 
Siyasi analitik Rauf Mirqədirov hesab edir ki, Qərb və Avropada müəyyən tərəddüdlər olsa da, onlar Putinin özünü qalib kimi təqdim etməsini yolverilməz hesab edirlər. Siyasi analitik "kollektiv Qərb” adlandırılan toplumun vahid orqanizm kimi xarakterizə edilməsini də doğru saymır:
"Əslində "kollektiv Qərb” adlandırdığımız toplum şərti olaraq bir neçə qrupa bölünür. Birinci qrupa Macarıstanı çıxmaq şərti ilə Şərqi Avropa ölkələri və Böyük Britaniya daxildir. Onlar ilk gündən Ukraynanı müdafiə edir, Rusiyaya münasibətdə daha mühafizəkar mövqe sərgiləyirlər. Düşünürəm ki, onların Ukraynaya açıq dəstəyi davam edəcək. İkinci qrupa isə ABŞ daxildir. Yəni, ABŞ tək özü ayrıca qrupdur. ABŞ-ın mövqeyinə gəlincə, Vaşinqton bir tərəfdən konfliktin hərbi baxımdan qloballaşmasını istəmir, digər tərəfdən isə Ukraynanın məğlubiyyətini doğru saymır. ABŞ-ın münaqişəyə münasibəti hakimiyyətdə kimin olması ilə müəyyənləşmir. Əgər siz Rusiyaya qarşı sanksiyalar barədə qətnamələrin və Lend Liz qanununun tətbiqi ilə bağlı səsvermlərin nəticələrinə baxsansız, görəcəksiniz ki, respublikaçılarla demokratlar arasında konsensus var. Hesab edirəm ki, ABŞ-ın siyasəti sona qədər sabit qalacaq.
Vaşinqton müharibənin mümkün qədər çox davam etməsinə çalışacaq ki, Putin özünü qalib elan edə bilməsin. Nəhayət, üçüncü qrupa "köhnə Avropa” - Almaniya, Fransa və İtaliya daxildir. "Köhnə Avropa” Rusiyanın Avraisya məkanında mövcudluğunu nəzərə alır. Düşünürlər ki, münaqişənin necə bitməsindən asılı olmayaraq Rusiya mövcud olmaqda davam edəcək. Bu baxımdan, hesab edirlər ki, Moskva ilə hansısa kompromislər əldə edilməlidir.  Bu sırada bəzi dövlətlər yeni Münhen sazişini istisna etrmirlər”. 
Rauf Mirqədirovun fikrincə, "köhnə Avropa” istəyinə nail ola bilməyəcək. "Hər halda bu münaqişədə əsas söz sahibi ABŞ-dir. Onun Avropadakı müttəfiqlərini nəzərə alsaq "köhnə Avropa”nın imkanları kifayət qədər məhduddur”, - deyə siyası analitik vurğulayıb. 
Tərəflərin resurslarının tükənməsinə gəlincə, Rauf Mirqədirov bildirib ki, yayın sonuna yaxın müharibənin aktiv fazasının ikinci mərhələsidir:
"Bu mərhələdə qüvvələr nisbəti və müharibənin nəticələrinin konturları daha aydın görünəcək. İstisna etmirəm ki, ilin sonu savaş tamamilə bitəcək və hansısa şərtlər daxilində danışıqlar prosesi başlayacaq. Müharibənin illərlə davam edəcəyini düşünənlər də var. Lakin mən bunu o qədər  də real hesab etmirəm. Çünki savaş uzandıqca Rusiyada  dövlət çevrilişi ehtimalı artır. Müşahidələr göstərir ki, Putin də bunun fərqindədir”.
Seyid