Xəbər lenti

Rusiyada ev yanıb - 9 ölü
Dünya06:31 09.05.2016

Rusiyada ev yanıb - 9 ölü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ölənlərin 5-nin uşaq olduğu bildirilir.

Rusiyanın Sverdlovsk vilayətində dəhşətli yanğın baş verib. ANS PRESS-in məlumatına görə, hadisə zamanı azı 9 nəfər dünyasını dəyişib. Yanğın Sverdlovskun Suxoy Loq şəhərində qeydə alınıb.

"Bizim məlumatlarımıza görə, yanğın nəticəsində 9 nəfər həlak olub. Hadisə zamanı evdə ailə üzvləri və qonaq gələn bir kişi olub. Yanğın zamanı bir nəfər xilas ola bilib. Çox güman ki, yanğına səbəb hamamdakı qızdırıcı  səbəb olub”, -deyə Sverdlovsk Vilayəti üzrə sığorta idarəsinin mətbuat xidmətindən bildiriblər.

Daxili İşlər Nazirliyinin Sverdlovsk Vilayəti üzrə İdarəsinin mətbuat xidmətindən isə hadisə nəticəsində 5-i uşaq olmaqla səkkiz nəfərin həlak olduğunu bildirdilər.

Vilayət prokurorluğu yanğın faktına görə yoxlama aparacağını açıqlayıb.

Faktla bağlı Rusiya Federasiyasının  Cinayət Məcəlləsinin 109-cu (Ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət başlanıb.

Yanğının ümumi sahəsi 100 kv. m olub. Hadisə yerinə 21 xilasedici və 8 texnika cəlb edilib. 

Qaynarinfo.az