Xəbər lenti

Rusiyada hakim partiya deputatının cəsədi Tobolskda tapıldı
Dünya10:51 28.12.2023

Rusiyada hakim partiya deputatının cəsədi Tobolskda tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tobolskda Şəhər Dumasının 46 yaşlı deputatı Vladimir Yeqorovun meyiti tapılıb. 
Qaynarinfo xəbər verir ki, Rusiya Federasiyası İstintaq Komitəsinin Tümen vilayəti üzrə İstintaq İdarəsindən TASS-a hazırda ölümlə bağlı bütün halların dəqiqləşdirildiyini bildiriblər. 
REN TV mənbəsinin məlumatına görə, Yeqorovun meyiti ötən çərşənbə günü, dekabrın 27-də Kedrovaya küçəsində yerləşən evinin həyətində aşkar edilib. İlkin məlumatlara görə, siyasətçi üçüncü mərtəbənin pəncərəsindən yıxılıb.
Vladimir Yeqorov 9 saylı birmandatlı seçki dairəsinin deputat olub, "Vahid Rusiya” partiyasının deputat assosiasiyasının üzvü və Tobolsk istirahət mərkəzinin "Vinokurovo” sahibidir. O, yeddinci çağırış Tobolsk Şəhər Dumasının sədr müavini vəzifəsində çalışıb.
Yazda "Vahid Rusiya”nın daha iki deputatı – Yaşarbek Uzdenov və Nikolay Bortsovun ölüm xəbəri yayılmışdı.
Alpər