Rusiya qanuna düzəlişlər qəbul edib, ona görə Ukraynada döyüşən rus hərbçilərini "diskreditə etmək” üçün 15 il müddətinə həbsdə otura bilərsiniz.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Dövlət Duması məlumat
yayıb.
"Xüsusi hərbi əməliyyatın iştirakçılarını gözdən salmağı və böhtan atmağı qadağan edən qanun qəbul edilib (ruslar Ukraynaya qarşı müharibəni belə adlandırırlar - red.).
Bu gün öz həyatını təhlükəyə ataraq ölkənin və vətəndaşların təhlükəsizliyini təmin edənlərin hamısı təxribatlardan, yalanlardan qorunur. Bu cür hərəkətlərə yol verilmir. Bədxahların cəzası ağırdır - 15 ilə qədər həbs”, - Dövlət Dumasının sədri Vyaçeslav Volodinin qeyd edib.
Rusiya Federasiyasının Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən, həbs cəzasının maksimum müddəti 15 ilə, cərimələr isə 5 milyon rubla qədər artırılıb. Rusiya Federasiyasının Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən, "RF Silahlı Qüvvələrini gözdən salmağa yönəlmiş ictimai hərəkətlərə görə” məsuliyyət haqqında qaydalar da uzadılacaq.
Həmçinin, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsinə Rusiya Silahlı Qüvvələrinin vəzifələrini yerinə yetirən könüllü birləşmələri, təşkilatları və ya şəxsləri nüfuzdan salmaq üçün məsuliyyət əlavə edilib. Bu maddə üzrə cərimələr vətəndaşlar üçün 50 min rubla qədər, hüquqi şəxslər üçün isə 500 min rubla qədər təşkil edir.
Bildirilir ki, cinayət törətmiş şəxs artıq 1 il ərzində oxşar əməllərə görə inzibati məsuliyyətə cəlb edilibsə, cinayət cəzası nəzərdə tutulur.
Alpər