Xəbər lenti

Rusiyada hərbi hissədə partlayış: Ölənlər və yaralananlar var
Dünya13:12 15.01.2023

Rusiyada hərbi hissədə partlayış: Ölənlər və yaralananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Belqorod vilayətindəki hərbi hissədə partlayış olub.
Qaynarinfo yerli KİV-ə istinadən xəbər verir ki, partlayış rusiyalı hərbçinin qumbara partlatması nəticəsində baş verib.
Məlumata görə, yanvarın 14-də tağım komandiri, baş çavuş hərbi hissədə RQD-5 qumbarasını partladıb. Partlayışdan sonra yanğın baş verib, alov 450 kvadratmetr ərazini əhatə edib.
İlkin məlumata görə, insident nəticəsində 3 hərbçi həlak olub, 16-sı yaralanıb, daha 8 əsgər isə itkin düşüb.
Partlayış və yanğınla bağlı cinayət işi açılıb.