Moskvada ilk dəfə olaraq cinayət törətdiyinə görə Rusiya vətəndaşlığına xitam verilməsi barədə qərar qəbul edilib.
Qayanrinfo xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
İdarədən verilən məlumata görə, Rusiya vətəndaşlığına qəbul edilmiş iki nəfərdən pasportlar geri alınıb. Səbəb narkotik alveri olub. Həmin şəxslərdən birinin üzərindən 19 qram mefedron olan bağlamalar aşkar edilərək götürülüb. Başqa bir kişidə də içərisində sintetik narkotik olan bağlama aşkar edilib.
Qeyd olunur ki, hər iki şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsinin 2-ci hissəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.
"Bu şəxslərlə bağlı Rusiya Federasiyasının vətəndaşlığına xitam verilməsi barədə qərarlar qəbul edilib. Onların etibarlı Rusiya pasportları müsadirə edilib", deyə mətbuat xidməti əlavə edib.
Aydın