
Rusiyada prezident Vladimir Putin və onun işğalçılıq siyasətinə qarşı çıxanların sayı artır.
“Axar.az” xəbər verir ki, artıq Moskvada paytaxtın mərkəzi meydanına çağırışla bağlı vərəqələr paylanılır.
Bu barədə rusiyalı fəal, Moskva Maydanının təşkilatçılarından biri “elise.com” saytına verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, rus vətəndaşlarının 69 faizinin Putini dəstəkləməsi ilə bağlı yayılan statistika tamamilə yalandır:
“İnsanlar Ukrayna ilə müharibə istəmir. Müqavilə ilə orduda xidmət edənlər raport yazırlar. Prokurorluq və Federal Təhlükəsizlik Xidməti (FTX) insidentlərin çoxluğundan cinayət işi açmağa macal tapa bilmirlər.
İnsanlar çox hirslidirlər. Biz inqilabın bir addımlığındayıq. Moskva Maydanı Rusiya tarixində ən böyük aksiya kimi tarixə düşə bilər. Mən bilirəm, Moskva Maydanına ölkənin ucqar şəhərlərindən də insanlar gəlir. Onlar sutkalarla aksiya keçirməyə qadirdilər. Özlərinə lazım ən vacib şeyləri gətirirlər. Rusiya xalqı müharibəyə və Ukraynanın işğalına qarşıdır”.
Qaynar.info