Xəbər lenti

Rusiyada koronavirus yoluxmasında rekord artım qeydə alındı
Dünya09:30 02.05.2020

Rusiyada koronavirus yoluxmasında rekord artım qeydə alındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son 24 saat ərzində Rusiyada 9,623 nəfərdə koronavirus aşkarlanıb. Ümumilikdə Rusiyada virusa yoluxanların sayı 124 054-ə çatıb.
Qaynarinfo xəbər verir ki, bu haqda Rusiya Əməliyyat qərargahından verilən məlumatda bildirilib. Məlumatda deyilir ki, cümə günü yoluxanların sayı 7 923 nəfər olub, buna görə bugünkü rəqəmlər aşkar olunan COVID-19 yoluxma hallarının sayında rekord artım olduğunu göstərir.
O da bildirilir ki, yeni yoluxanların 46,6%-ində heç bir simptom yoxdur. Bir gündə qeyd olunan ölüm halı 57, sağalanların sayı isə 1.793 nəfər olub.
Ən çox yeni yoluxma Moskvada qeydə alınıb – 5358 nəfər, Moskva bölgəsində 807, Sankt-Peterburqda 323 hal aşkarlanıb. Bölgələr arasında Nijni Novqorod liderdir - 320 yeni hal. Bir gündə Rusiya Federasiyasının cəmi 83 bölgəsində koronavirus diaqnozu qoyulub.
 
Alpər