
Rusiyanın Penza şəhərində dörd məktəbli qız öz rəfiqələrini döyüblər.
Qaynar.info oxu.az-a istinadən bildirir ki, LifeNews hadisənin təfərrüatlarını öyrənib.
Məlumata görə, 14 yaşlı Yulya B. hüquq-mühafizə orqanlarına bildirib ki, rəfiqələrinin onunla qəddar rəftarına səbəb bölünmüş siqaret olub. Bu versiyanı Yananın sinif yoldaşları da təsdiqləyiblər.
"Qızlar birlikdə gəzərkən Yulya təsadüfən Yananın siqaretini "sındırıb"", - Yananın sinif yoldaşlarından biri danışıb. - Bundan sonra onlar sosial şəbəkədə mübahisə ediblər və Yana Yulyanı təkbətək görüşə çağırıb.
Yana K.

Sinif yoldaşlarının sözlərinə görə, Yulya görüşə tək gəlib, Yana isə özü ilə üç rəfiqəsini gətirib və nəticədə qızlar dörd nəfərə Yulyanı döyüblər.
Nataşa K.

Xatırladaq ki, hadisə martın ortalarında Penza şəhərinin Tepliçnı rayonunda baş verib.
Rusiya İstintaq Komitəsinin Penza İdarəsi yetkinlik yaşına çatmayan qızın döyülməsi faktını araşdırır.
Qaynar.info