
Ötən həftədən etibarən Rusiyanın Altay Respublikasının Elm və Təhsil Nazirliyinin tapşırığı ilə bütün məktəblərdə şagirdlərin xarici görünüşü ilə bağlı yoxlamalara başlanılıb.
Qaynar.info xəbər verir ki, yoxlamalar zamanı cins şalvarla yanaşı, hicab geyinənlərə də rast gəlinib.
Nazirliyin yaydığı hesabatda qeyd olunub ki, bu baş geyimləri dini geyimlərin rəmzi sayılır.
Respublika Prokurorluğu da yuxarı sinif şagirdlərinə hicab geyinməyi qadağan edib.
Qaynar.info