
Rusiyada bazar günü keçirilən yerli seçkilər başa çatıb.
Qaynar.info-nun məlumatına görə, Vahid Rusiya Partiyasının namizədi Sergey Sobyanin 51 faiz səs yığaraq Moskva meri seçilib.
Sobyaninin rəqibi müxalif Aleksey Navalnı isə 27.24n faiz səslə ikinci olub.
Seçkilərdə saxtakarlıq olduğunu iddia edən Navalını ölkə boyu mitinqlərə başlayacaqlarını deyib.
Moskva Seçki Komitəsinin Kremldən aldığı əmrlə saxtakarlıq etdiyini iddia edən Navalnı xalqı aksiyalara dəvət edib: "Biz, moskvalıları küçələrə çıxaraq oğurlanan səslərinə sahib olmağa dəvət edirik. Bunlar bizim səsimizdir və onlara verməyəcəyik".
Navalnının fikrincə xəstəxanalar və digər iri dövlət obyektlərində ciddi saxtakarlıq aşkar edilib.
Qaynar.info