Xəbər lenti

Rusiyada omikron ştammının “kraken” adlı yeni variantı yayıldı
Dünya08:47 12.01.2023

Rusiyada omikron ştammının “kraken” adlı yeni variantı yayıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyada omikron koronavirus ştammının "kraken” adlanan yeni variantına ilk yoluxma halı aşkar edilib.
Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bu barədə "Rospotrebnadzor”un mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Məlumata görə, hadisə Penza vilayətində, hər gün milli VGARus məlumat bazasına yüklənən SARS-CoV-2 genomunun ardıcıllığı məlumatlarının monitorinqi çərçivəsində qeydə alınıb.
Departamentdən qeyd edilib ki, hazırda Rusiya Federasiyasında Omicron BA.5 xətti dominant olaraq qalır. Rospotrebnadzor və digər idarələrin laboratoriyaları Rusiyada və bir sıra qonşu ölkələrdə koronavirus variantlarının dövriyyəsini daim izləməyə davam edir.
ÜST daha əvvəl bildirib ki, hazırda koronavirusun yeni alt-variantının xəstəliyin xüsusi şiddətinə malik olduğuna dair heç bir əlamət yoxdur, lakin bu, daha yoluxucudur.
Alpər