Xəbər lenti

Rusiyada qafqazlılar arasında kütləvi dava olub
Dünya05:46 01.02.2014

Rusiyada qafqazlılar arasında kütləvi dava olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Petrozavodsk şəhərində qafqazlılar arasında kütləvi dava baş verib

APA-nın məlumata görə, insident yanvarın 27-ə keçən gecə qeydə alınıb.

 Kütləvi davada  40 nəfərə yaxın çeçen, inquş və azərbaycanlılar iştirak edib. Nəticədə dava iştirakçılarından biri, 29 yaşlı çeçen kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Digər bir-neçə şəxs  yüngül bıçaq  yarası alıb.

 Hazırda hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111 (qəsdən sağlamlığa vurulan ağır zərər) və 213-cü (xuliqanlıq) maddələri üzrə cinayət işi açılıb. İki Azərbaycan vətəndaşı müttəhim, daha iki nəfər isə şübhəli qismində saxlanılıb.

Kareliya DİN-i mətbuat xidmətinin məlumatına əsasən, münaqişə məişət zəminində baş verib. 

Qaynar.info