Xəbər lenti

Rusiyada qafqazlılarla kütləvi davanın görüntüsü yayıldı - VİDEO
Dünya06:01 08.01.2014

Rusiyada qafqazlılarla kütləvi davanın görüntüsü yayıldı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kazan şəhərində 20 nəfərinin iştirakı ilə kütləvi dava düşüb

Rusiyanın Kazan şəhərində dekabrın 30-da qafqazlılar və yerli sakinlər arasında yaşanan kütləvi davanın videosu yayılıb.

ANS PRESS-in məlumatına görə, polis təhlükəsizlik kamerası ilə 20 nəfərin dalaşdığını görərək dərhal hadisə yerinə yollanıb. Dalaşanların əksəriyyəti hadisə yerindən qaçmağa nail olsa da onlardan ikisi saxlanılıb.

İnsidentdə bir nəfər 19 yaşlı şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Tatarıstan polisi davaya 1993 və 1995-ci il təvəllüdlü qafqazlıların səbəb olduğu məlumatını yayıb.


Qaynar.info