Rusiyada sərnişin qatarı ilə yük avtomobili toqquşub.
Qaynarinfo xəbər verir ki, hadisə Krasnodar diyarında baş verib. Minskdən Adlerə gedən qatar Timaşevsk və Vedimovsk dəmir yolu stansiyaları arasında yoluna çıxan yük avtomobili toqquşub.
Hadisə zamanı 18 nəfər yaralanıb. Onların arasında qatarın maşinisti, onun köməkçisi və yük avtomobilinin sürücüsü də var.